Putin və Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkian ilə İran ətrafındakı vəziyyəti və birgə layihələrin icrasını müzakirə ediblər.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Biz indicə regiondakı vəziyyət barədə sizinlə (Məsud Pezeşkianı nəzərdə tutur - Red) təkbətək danışdıq. Şübhəsiz ki, regiondakı vəziyyət bizi də narahat edir. Xüsusilə də İranla sıx əməkdaşlıq edən ölkə olaraq bu məsələyə həssas yanaşırıq", – Putin deyib.

Rusiya Prezidenti, vəziyyətin müsbət inkişafına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya İranla birgə layihələr üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

Putin həmçinin bildirib ki, cari ilin 8 ayı ərzində Rusiya və İran arasında ticarət dövriyyəsi 10,4 % artıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24