Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 28-30-da Türkiyəyə rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Aybek Smadiyarov sosial şəbəkələrdə bildirib.
Səfər zamanı Ankarada genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş dövlət başçılarının danışıqları keçiriləcək. Prezident həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Sammitində iştirak edəcək.