Niderland və Ermənistan arasında xüsusilə kənd təsərrüfatı, gülçülük, səhiyyə və infrastruktur sahələrində reallaşdırılmamış əhəmiyyətli potensial mövcuddur.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı Tom Berendsen ilə birgə mətbuat konfransında bildirib.
"Bir neçə ay ərzində erməni gül istehsalçıları ilə Niderlandın dünya miqyasında tanınmış şirkətləri arasında əməkdaşlığın qurulması ilə bağlı xəbərlər cəmiyyətdə müsbət qarşılanıb", - Mirzoyan bildirib.
Öz növbəsində, Niderland XİN başçısı Rusiyanın tətbiq etdiyi və gülçülük sektoru daxil olmaqla, biznes üçün çətinliklər yaradan idxal məhdudiyyətlərini müzakirə etdiklərini bildirib.
"Biz Ermənistanın Aİ-nin avtonom ticarət alətlərindən istifadə etməsinə yönəlmiş bu imkanları alqışlayırıq", - Berendsen deyib. O, gül istehsalçılarının üzləşdiyi problemlərlə tanış olmaq üçün bu gün istixanalara baş çəkəcəyini qeyd edib.