Bakı. 15 noyabr. REPORT.AZ/ Ölümcül "Ebola" xəstəliyinə yoluxanların sayı 14 min 413 nəfərə çatıb.
"Report" Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinadən xəbər verir ki, virusa yoluxanların 5177 nəfəri dünyasını dəyişib.
ÜST-ün noyabrın 12-də dərc olunan son hesabatından sonra ölənlərin sayı səkkiz nəfər, yoluxanların sayı isə 315 nəfər artıb.