Bakı. 7 noyabr. REPORT.AZ/ 2015-ci ildən etibarən Moskvada vertolyot ekskursiyaları mümkün olacaq.
"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, hazırda beynəlxalq turizm şirkəti bu proqram üzərində çalışır.
Vertolyot ekskursiyası ilkin hesablamalara görə, bir saat uçuş üçün təqribən 160-180 ABŞ dolları təşkil edə bilər. Marşrutun Moskvanın mərkəzindəki "Sadovoe Koltso" çərçivəsində təşkili nəzərdə tutulur.
Vertolyot marşrutu təqribən 2015-ci ilin yazına qədər istifadəyə verilə bilər.