UNESKO Mosul şəhərini bərpa edəcək

"UNESKO İraqın Mosul şəhərini yenidən inşa edəcək". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu UNESKO baş direktorunun kabinetinin rəhbəri Nikolas Kassianides jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, Mosul şəhərinin UNESKO-nun hesabına yenidən bərpası qarşıdakı onillikdə qurumun üç mühüm layihələrindən biri olacaq: "Mosulda bərpa olunacaq abidələr arasında dağıdılmış məscidlər, kilsələr, tarixi abidələr və bütövlükdə qədim şəhər var".

Qeyd edək ki, İraqın Mosul şəhəri 2014-cü ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00