Ümrə ziyarətinin başlanacağı tarix açıqlanıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Zəvvarlar ümrə ziyarətinə noyabr ayından sonra gedə biləcəklər.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

O xatırladıb ki, Ümrə ziyarəti Həcc ziyarəti prosesi tamamilə yekunlaşdıqdan sonra həyata keçirilir.

H.Babayevin sözlərinə görə, Azərbaycandan zəvvarların Ümrə ziyarətinə getməsi üçün 10-15 nəfərlik qrupun formalaşması lazımdır: "Azərbaycanlı zəvvarlar Ümrə ziyarətinə bir o qədər də maraq göstərmirlər. Hər ay təqribən 10-15 nəfər bu ziyarətə gedir. Ümrə ziyarətinin qiyməti 1 500 - 2 000 dollar arasında dəyişir. Bu ziyarətə gedənlər Bakı-İstanbul-Ciddə reysi ilə gedirlər. Ümrə ziyarəti 9-10 gün çəkir. Bu ziyarətin sonunda zəvvarlar hacı adlandırılmır".

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00