"Təzə Pir” məscidinin rəisi vəfat edib

"Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.

"Report" xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən "Təzə Pir” məscid kompleksinin rəisi vəzifəsində çalışırdı.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16