"Bu gün din və media arasında boşluqlar mövcuddur".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı deyib.
Onun sözlərinə görə, bütün cəmiyyətlərdə, eyni zamanda Azərbaycanda kütləni informasiya ilə idarə etmək imkanları KİV-in əlində cəmlənib: "Qorxulu, amansız tədbirlər də onların əli ilə həyata keçirilir".
Q.Cavadlı təklif edib ki, dini bilikləri ehtiva edən fənnlər humanitar ixtisaslarda tədris olunsun: "Çünki bütün cahillik dini savadsızlıqlardan irəli gəlir. Din milli idelogiyanın tərkib hissədir".