QMİ Ramazan ayı ilə bağlı toplantı keçirəcək

Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.

"Report"un xəbərinə görə, bu barədə QMİ-nin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək:

"Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir".

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00