Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək. 

"Report" xəbər verir ki, qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin bölgə üzrə şöbəsinə müraciət edə bilərlər. 

Digər xəbərlər