Bakı. 24 aprel. REPORT.AZ/ “Xaricdə dini təhsil alan elə şəxslər var ki, onlar 3, 5, 8 il oxuyub Azərbaycana qayıtdıqda öz baxışlarını da burada təbliğ etməyə çalışırlar”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanunun müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, bu, Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır: “Amma Vətənini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var ki, biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olur, ya da başqa qruplarda fəaliyyətini davam etdirməli olurdular. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından istifadə edilsin”.
Komitə sədri əlavə edib ki, bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur: “Bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-ü tam şəkildə fəaliyyət göstərir. Orada gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir”.
S.Novruzov əlavə edib ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir: “Biz qanuni dəyişiklikləri qəbul etdikdən sonra o insanların da fəaliyyətini məhdudlaşdırmış olurduq. Biz çalışmalıyıq ki, dini təbliğat xürafat şəklində deyil, savadlı şəkildə həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmılıyıq”.
Milli Məclisin komitə sədri: "Dini təbliğat xürafat şəklində deyil, savadlı şəkildə həyata keçirilməlidir"
Digər xəbərlər
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir
21 oktyabr, 2026 / 12:29
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
12 oktyabr, 2026 / 21:45
Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək
12 oktyabr, 2026 / 15:25
Bakıda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunub
09 oktyabr, 2026 / 13:24
Ramin Məmmədov: İnformasiya bolluğu düzgün dünyagörüşün formalaşmasına zəmanət vermir
09 oktyabr, 2026 / 11:05
Komitə sədri: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün davamlı əməkdaşlıq qurulmalıdır
09 oktyabr, 2026 / 10:54
Ramin Məmmədov: Dini dəyərlər insan ləyaqətinə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir
09 oktyabr, 2026 / 10:43
Bakıda Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzusunda konfrans keçirilir
09 oktyabr, 2026 / 10:15
Komitə: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində iş gücləndiriləcək
09 oktyabr, 2026 / 10:09
Dini liderlər Qlobal Sülh Hərəkatının konsepsiyasını hazırlayacaqlar
07 oktyabr, 2026 / 13:00
Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
07 oktyabr, 2026 / 12:45
Fatih Mehmet Karaca: İqlim dəyişikliyi yalnız ekoloji çağırış deyil, həm də ədalət məsələsidir
07 oktyabr, 2026 / 11:18
Nihal Saad: Dini icmalar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilərlər
07 oktyabr, 2026 / 11:02
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
07 oktyabr, 2026 / 11:02
Çin Buddist Assosiasiyası AI-ın inkişafı zamanı insan ləyaqətini nəzərə almağa çağırıb
07 oktyabr, 2026 / 10:52
Bakıda Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzusunda konfrans keçiriləcək
07 oktyabr, 2026 / 10:47
Baş katib: Müasir dünya təkcə keçmişin çağırışları ilə deyil, həm də yeni problemlərlə üzləşir
07 oktyabr, 2026 / 10:23