İranın Azərbaycandakı səfiri Aşura gününə həsr olunan mərasimdə iştirak edib

Bakı. 4 noyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Aşura gününə həsr olunan mərasimdə iştirak edib.

Bu barədə "Report"a səfir özü məlumat verib.

Səfirin iştirak etdiyi mərasim Bakının "Hüseyniyyə" məscidində keçirilib. 

Onun sözlərinə görə, mərasimdə 4 minə yaxın həm Azərbaycan, həm də ölkədə yaşayan İran vətəndaşları iştirak ediblər.

Mərasimdə İmam Hüseynin (ə) ruhuna dualar oxunub, daha sonra kasıblara ehsan verilib. 

Digər xəbərlər

Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16
Ramazan ayı başlayıb 19 fevral, 2026 / 00:00