Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurub

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirus əleyhinə peyvənd vurdurub.

“Report” xəbər verir ki, bununla bağlı din xadimi sosial şəbəkədə fotolarını paylaşıb.

Peyvəndin ilk dozasını bu gün Bakı Sağlamlıq Mərkəzində qəbul edən QMİ nümayəndəsi növbəti ikinci dozanı 28 gündən sonra, aprelin 2-də vurduracaq.

Qeyd edək ki, yanvarın 18-dən etibarən ölkədə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16