Gəncədə bayram namazı qılınıb

Gəncə şəhərində Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bayram namazı yüzlərlə sakinin və din xadimlərinin iştirakı ilə “İmamzadə” ziyarətgahında və digər məscidlərdə qılınıb.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00