Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Maliyyə-təsərrüfat şöbəsinin müdiri İlham Axundov işdən azad edilib. "Report"un məlumatına görə o, öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Maliyyə-təsərrüfat şöbəsi Dövlət Komitəsinin maliyyə və təsərrüfat məsələləri ilə məşğul olur. Şöbənin 8 əməkdaşı var.