Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 5-də Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Komitədən məlumat verilib.
Bildirilib ki, qəbul saat 11:00-da Kürdəmir şəhəri, Bakı prospekti, 394 ünvanında keçiriləcək.
"Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinə (əlaqə vasitələri: (024) 278 45 03, (050) 211 68 89, chairman@scara.gov.az, dk-merkeziaran@scara.gov.az) müraciət etmələri xahiş olunur", - məlumatda vurğulanıb.