Dini Komitənin sədri Rumıniyaya gedir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Rumıniyaya səfər edəcək.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçinin dəvəti ilə baş tutacaq. Məqsəd iki ölkə arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaqdır.

Vurğulanıb ki, martın 5-dək davam edəcək səfər çərçivəsində R.Məmmədovun dini məsələlər üzrə dövlət katibi, Rumıniya patriarxı, o cümlədən digər müvafiq qurum və icmaların rəhbərləri ilə görüşlər keçirməsi, həmçinin bir sıra tarixi-dini məbədləri ziyarət etməsi nəzərdə tutulub.

Görüşlərdə dini icmalar arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, eyni zamanda dini təhsil sahəsində iki ölkənin təhsil müəssisələrinin birgə layihələr həyata keçirməsi, tələbə və mütəxəssis mübadiləsi proqramlarının yaradılması barədə müzakirələr aparılacaq.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16