Allahşükür Paşazadə: "Bu gün QMİ-də 50 mindən çox çapını gözləyən əlyazma var"

Bakı. 7 dekabr. REPORT.AZ/ “Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 50 mindən çox çapını gözləyən əlyazma var”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, həmin kitabların nəşri üçün böyük alimlər, üləmalar lazımdır: “İnanıram ki, bu işin davamı gələcək və dövlətimiz, alimlərimiz bu əlyazmaların yeni kitablara çevrilməsində bizə kömək edəcəklər”.

A.Paşazadə bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizənin başında maarifləndirilmə dayanır.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00