Bakı. 4 sentyabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni "Fransisk Skorina" ordeni ilə təltif edib.
Bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə bu mükafata Belarus-Azərbaycan dövlətlərarası dialoqun inkişafına verdiyi əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsi fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.