Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına islamofobiya ilə birgə mübarizəyə çağırış edilib.
“Report” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMTM) icraçı direktoru Rəvan Həsənov Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində yekun sənədin qəbulundan sonra təşkil olunan brifinqdə danışıb.
R.Həsənov yekun sənədin qəbulunun effektiv olacağına inandığını vurğulayıb:
"İslamofobiyaya qarşı birgə mübarizədə yorulmayaq. Biz bu gün islamofobiya ilə mübarizə mesajımızı Bakıdan dünyaya ötürdük. Ümid edirəm ki, bu mesajı dünyanın hər yerindən çatdırmağı bacaracayıq. Ayrı-seçkiliyin hər növünə qarşı birlikdə mübarizə aparmağa qadirik".