Azərbaycanın daha 19 məscidinə dini rəhbər təyin olunub

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 4-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25