Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

“Report” xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i saat 09.00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da “Təzə Pir” məscidində qılacaq.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır. 

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00