Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan vətəndaşları İraq Respublikası Daxili İşlər Nazirliyinin (DİN) razılığı olmadan bu ölkədəki müqəddəs yerləri ziyarət edə biləcəklər.
"Report"un xəbərinə görə, bu barədə İraqın Azərbaycandakı səfiri Heydər Şiə Qubeyşi əl-Barrak məlumat verib.
Belə ki, müvafiq qərarı İraq Respublikasının baş naziri Heydər əl-İbadi imzalayıb.
Müvafiq qərardan sonra İraqın Azərbaycandakı səfiri müqəddəs yerləri ziyarət üçün azərbaycanlı zəvvarlara fərdi və qrup halında viza vermək səlahiyyətinə malikdir.