Allahşükür Paşazadə Qazaxıstanın Prezidenti ilə görüşüb

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

“Report” “Nur.kz” agentliyinə istinadən bildirir ki, dövlət başçısı Dünya Ruhani Liderlərinin Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə töhfə verəcəyinə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

QMİ sədri A.Paşazadə Kasım-Jomart Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00