Allahşükür Paşazadə Moskvaya səfərə gedir

Bakı. 28 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə yola düşür.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. 

Səfər Moskva və bütün Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək ikigünlük təntənəli mərasimlərə Patriarx Kirilin şəxsi dəvəti əsasında baş tutur.

Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək  tədbirlərdə görüşləri nəzərdə tutulub.

Digər xəbərlər

Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16
Ramazan ayı başlayıb 19 fevral, 2026 / 00:00