AYNA bayram günlərində "Bakı KOB evi"ndə xidməti davam etdirir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bayram günlərində "Bakı KOB evi"ndə vətəndaşlara operativ xidmətin göstərilməsini davam etdirir.

Bu barədə "Report"a AYNA-dan məlumat verilib.

Bildirilib ki, 22, 25 və 28 mart tarixlərində AYNA-nın əməkdaşları tərəfindən beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün daşıyıcılara "İcazə" blanklarının, həmçinin taksi va avtobuslarla müntəzəm şəhərdaxili sərnişin daşımalarını üçün "Fərqlənmə nişanı"nın verilməsi üzrə xidmət göstəriləcək.

Digər xəbərlər

Salyanda dörd otaqlı ev yanıb 02 aprel, 2026 / 22:18