Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin danışıqları iki saatdan çox davam edib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentlik qeyd edib ki, nümayəndə heyətlərinin iştirakı ilə gedən söhbət gələcək iqtisadi əməkdaşlığın perspektivləri barədə olub.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov daxil olublar.
Qeyd edək ki, sabah Şençjendə APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşü keçirilməlidir.