Zambiyada avtobus və yük maşını toqquşub, 20-dən çox adam ölüb

Zambiyanın cənubunda avtobusla yük maşınının toqquşması nəticəsində ən azı 24 nəfər ölüb.

“Report” “France Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə polis sözçüsü Denni Mvale bildirib.

"Ölənlərlə yanaşı, 12 nəfər də yaralanıb", - Mvale qeyd edib.

Avtobusda kilsəyə ibadət etməyə gedən ziyarətçilər olub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10