Yunanıstanın paytaxtında atışma olub, ölənlər var

Yunanıstanın paytaxtı yaxınlığında yerləşən Artemidada atışma baş verib, 6 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər Almaniya nömrəsi olan avtomobilə atəş açıb.

Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub.

"Associated Press"in məlumatına görə, hücum cinayətkar qruplar arasında münaqişələrlə bağlı ola bilər.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10