Yəməndə terrorçu-kamikadze avtomobildə özünü partladıb, ölənlər var

Bakı. 14 noyabr. REPORT.AZ/ Yəmənin cənubundakı Ədən şəhərində terrorçu-kamikadze partlayıcı yüklü avtomobili təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında partladıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 hərbçi həlak olub, 25-dən çoxu yaralanıb.

Məlumata görə, bu qərargah Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə bu yaxınlarda Yəmənin cənubunda formalaşdırılan "təhlükəsizlik zonası"na daxil olub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12