"Yəmən şəfəqi" əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" hökumət qüvvələrinin nümayəndəsi polkovnik Məcid ən-Nuzeylinin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Taiz istiqamətindəki əks-hücumlar husilərin mövqelərini və dəstək qüvvələrini hədəfə alıb.

Digər xəbərlər