Finlandiyada insan alverində iştirakda şübhəli bilinən 9 nəfər saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" polisin bəyanatına istinadən məlumat yayıb.
Qurbanların akkumulyator istehsalı zavodunda işləməyə gəlmiş Çin vətəndaşları ola biləcəyi ehtimal olunur.
Həmin 9 nəfərdən 4-ü istintaq müddətində həbsdə saxlanılıb.
Polis nümayəndəsi zərərçəkənlərin sayını, həmçinin şübhəlilərin müstəntiqlərə ifadə verib-vermədiyini açıqlamayıb.