Avropa Komissiyası Avropa ölkələrinə 2027-ci ilin sonunadək Ukraynaya kredit vəsaitinin qalan 45 milyard avrosunun ayrılmasını təsdiqləməyə imkan verən mexanizm təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Avropa İttifaqı (Aİ) daha əvvəl Ukrayna üçün 90 milyard avroluq kredit proqramını təsdiqləyib, bu məbləğin yarısının 2026-cı ildə verilməsi planlaşdırılır.
2027-ci il üçün nəzərdə tutulan vəsaitin 13,3 milyard avrosu büdcənin dəstəklənməsinə, qalan 31,7 milyard avro isə Ukraynanın müdafiə-sənaye potensialının maliyyələşdirilməsinə yönəldiləcək. Avropa Komissiyası həmçinin ölkənin maliyyələşdirmə strategiyasını müsbət qiymətləndirib.