Polşada dəmir yolu infrastrukturu obyektlərinin çəkilişini apardığına görə casusluqda ittiham olunan 55 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın cənub-qərbindəki Aşağı Sileziya voyevodalığının polis idarəsindən bildirilib.
Həmin şəxs Svidnitsa şəhərində saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi dəmir yolu infrastrukturu obyektlərinin şəkillərini çəkib.
"Polis xarici xüsusi xidmət orqanlarının maraqları naminə hərəkətlər etməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşını saxlayıb", - qurumun "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
Məhkəmə rusiyalı barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçib.