​Yaponiyanın zəlzələ baş verən Kumamoto şəhərində vulkan püskürməyə başlayıb

Bakı. 16 aprel. REPORT.AZ/ Şənbə günü Yaponiyanın ard-arda iki zəlzələnin qeydə alındığı Kumamoto prefekturasında Aso vulkanı püskürməyə başlayıb.

"Report" xəbər verir ki, ölkənin milli meteoroloji idarəsi vulkanın son iki sarsıdıсı zəlzələ ilə heç bir əlaqəsinin olmadığını bildirib.

İdarənin məlumatına görə, Aso vulkanı 100 metr yüksəkliyə kül atıb. Bununla əlaqədar olaraq bölgədə aviaəlaqənin pozulmasına dair məlumat daxil olmayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10