Yaponiyada tanınmış sənətçi pandemiyadan öldü

Yaponiyanın tanınmış komediya ustası Ken Şimura koronavirusdan ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi pandemiyadan ölən ilk yaponiyalı məşhurdur. 

70 yaşlı komediya ustası martın 20-də test sınağından keçib və nəticə müsbət olub.

Məlumata görə, Yaponiyada 2 578 nəfər koronavirus daşıyıcısıdır. Onların 712 nəfəri səyahət gəmisindədir. 

Son sutkada ölkə paytaxtı Tokioda 68 yoluxma faktı qeydə alınıb. Ümumilikdə bu şəhərdə 430 nəfər infeksiyaya yoluxub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10