Bakı. 8 dekabr. REPORT.AZ/ Yaponiyada həftə sonundan etibarən yağmağa başlayan güclü qar ölümə səbəb olub. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Tokuşima əyalətinin iki şəhərində bir çox evin qar altında qaldığı, indiyə qədər isə 6 adamın həyatını itirdiyi bildirilib.
Bölgəni öz təsiri altına alan qar nəticəsində təxminən 1200 insanla əlaqənin kəsildiyi, axtarış-xilasetmə işlərii ilə bu rəqəmin 650 nəfərə qədər düşdüyü qeyd edilib.
Məlumatda həmçinin vurğulanıb ki, Yaponiyanın sözügedən bölgəsində axtarış-xilasetmə işləri hələ də davam edir.