Peru parlamenti konqresmen Xose Mariya Balkasarı yeni müvəqqəti sədr seçib, o, fevralın 17-də Konqresin etimadsızlıq səsverməsi keçirdiyi Xose Xerinin əvəzinə Prezident vəzifəsini icra edəcək.
"Report"un məlumatına görə, iclas qanunverici orqanın yutub kanalında yayımlanıb.
"Konqresmen Balkazar Konqresin prezidenti seçilib", - səsvermənin nəticələrinin elan edən spiker səlahiyyətlərinin müvəqqəti icraçısı Fernando Rospiliosi bildirib.
Balkasarın namizədliyi solçu "Azad Peru" Partiyası tərəfindən irəli sürülüb. O, 10 il müddətində doqquzuncu dövlət başçısı olacaq.