Britaniya Argentinanı Folklend adalarına iqtisadi təzyiqi dayandırmağa çağırıb

Böyük Britaniya Argentina hökumətini Folklend (Malvin) adaları sakinlərinin öz gələcəklərini müstəqil müəyyən etmək hüququna hörmət etməyə və arxipelaqa iqtisadi təzyiq göstərməkdən imtina etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend və İngiltərə və Uelsin baş prokuroru Elli Rivzin birgə bəyanatında bildirilib.

"Argentinanı Folklend adaları sakinlərinin öz gələcəklərini müəyyən etmək hüququna hörmət etməyə və adalara qarşı daha geniş iqtisadi təzyiqi dayandırmağa çağırırıq. Böyük Britaniya Folklend adaları, onlara bitişik dəniz ərazilərində suverenliyi və suveren hüquqları, eləcə də ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı mövqeyində qətidir", – bəyanatda qeyd olunub.

Bəyanat BMT-nin Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalının Argentinanın London tərəfindən icazə verilmiş Folklend adaları yaxınlığında neft hasilatı layihəsinin dayandırılması ilə bağlı müraciətini rədd etməsindən sonra yayımlanıb.

Britaniya hakimiyyəti tribunalın qərarını alqışlayaraq, bunu ölkənin hüquqi mövqeyinin əsaslılığının təsdiqi kimi qiymətləndirib.

Digər xəbərlər