WSJ: ABŞ-İran danışıqlarının yeni mərhələsi İslamabadda keçirilə bilər

Vaşinqton və Tehran arasında danışıqların yeni mərhələsi gələn həftə İslamabadda keçirilə bilər.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, ABŞ və İran üçüncü ölkənin vasitəçiliyi ilə münaqişənin mümkün başa çatmasına son qoymaq üçün bir aylıq danışıqlar prosesinin şərtlərini müəyyən edəcək anlaşma memorandumu üzərində işləyirlər.

Qeyd olunur ki, irəliləyiş əldə olunsa, tərəflər qarşılıqlı razılaşma ilə ilkin olaraq bir aylıq danışıqlar müddətini uzada bilərlər.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılaşma əldə etmədən başa vurublar. ABŞ Prezidenti Donald Tramp aprelin 22-də atəşkəs rejiminin müddətsiz xarakter daşıdığını elan edib.

Lakin saziş bağlamaq üçün Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlandığını bildirib. Regiondakı vəziyyət isə dünya enerji böhranına səbəb olub.

Digər xəbərlər