Vulkan püskürməsi Bali adası ilə hava əlaqəsini kəsdi

Bakı. 03 noyabr. REPORT.AZ/ Avstraliyaya məxsus aviaşirkətlər İndoneziyanın Bali adasına nəzərdə tutulan bütün səfərləri təxirə salıblar. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Rindjadi vulkanının püskürməsi olub.

"Virgin Australia" və "Jetstar" şirkətlərinin nümayəndələri bildiriblər ki, adaya təyyarə səfərlərinin təşkili təhlükəsiz deyil. Belə ki, bu günə nəzərdə tutulan azı 16 aviareys baş tutmayacaq.

Uçuşların yenidən başlayacağı tarix isə məlum deyil.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10