Venesueladakı aksiyalar zamanı daha bir nəfər öldürülüb

Bakı. 17 iyun. REPORT.AZ/ Venesueladakı aksiyalar zamanı daha bir nəfər öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" yerli xilasetmə xidmətinə istinadən xəbər verib.

"Nelson Aravelanın Lara ştatının Barkisimeto şəhərindəki etirazlar zamanı ölməsini təəssüf hissi ilə qeyd edirik "- deyə xilasetmə xidmətinin "Twitter"dəki mikrobloqunda bildirilir.

Məlumata görə, 24 yaşlı kişi üzündən xəsarət alıb. O, xəstəxanaya aparılıb. Lakin yolda keçinib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10