Vaşinqtonda baş verən atışmada beş nəfər yaralanıb

Vaşinqtonun şimal-şərqində baş verən atışma nəticəsində azı beş nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Kolumbiya dairəsi polis idarəsinin “X” sosial şəbəkəsində yayılıb.

Zərərçəkənlər güllə yaraları ilə hospitala yerləşdiriliblər. İlkin məlumata əsasən, atışma mübahisə zəminində baş verib.

“Cinayət yerində aşkar edilən kişi ilə qadın huşları özündə və normal tənəffüslə xəstəxanaya aparılıb. Xəstəxanaya daha iki kişi çatdırılıb. Beşinci zərərçəkən olan kişi də yaralanıb”, - məlumatda bildirilib.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50