Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Çin hökumətinə ABŞ-a qarşı cavab tədbirləri görmək üçün müvafiq icazə verib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, təşkilatın yaydığı açıqlamaya əsasən, Çin illik 3.579 milyon dollaradək həcmində ABŞ məhsullarına qarşı əvəzləyici sanksiyalar tətbiq edə bilər.
Belə ki, ÜTT-nin üç üzvlük arbitraj komitəsinin qərarına görə, çinli ixracatçılar ABŞ hökumətinin tətbiq etdiyi rüsumlar nəticəsində məhz göstərilən məbləğdə illik zərər çəkiblər.
Qeyd edək ki, sözügedən məbləğ Çin tərəfinin tələb etdiyinin, təqribən, yarısı qədərdir.
İndi Çin tərəfi idxal olunan ABŞ mallarına qarşı daha yüksək məbləğdə cavab rüsumları tətbiq etmək üçün ÜTT-nin Mübahisələrin razılaşdırma komitəsinə müraciət edə bilər.