ÜST və UNİCEF Qəzzadakı durumla bağlı çağırış edib

“Qəzzada vəziyyət nəzarətdən çıxır”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adhanom Gebreyesus “X” hesabında yazıb.

O bildirib ki, tibbi yardım təminatı üçün itirilən hər saniyə insanların ölümü deməkdir: “İnsanların həyatını xilas etmək üçün bizə əraziyə dərhal giriş lazımdır”.

UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirilib ki, İsrail-HƏMAS münaqişəsinin kəskinləşməsindən bəri yüzlərlə uşaq həlak olub: “Hər uşaq, hər yerdə sülhə layiqdir”.

Onun sözlərinə görə, 11 gün ərzində minlərlə uşaq xəsarət alıb, 300 mindən çox uşaq evlərini tərk edib.

Əvəz Həsənov

Digər xəbərlər

Kir Starmer istefa verib 22 iyun, 2026 / 12:40