UNESCO-nun İcraiyyə Şurası misirli Xalid Əl-Ənani təşkilatın baş direktoru vəzifəsinə namizəd kimi irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
UNESCO-nun İcraiyyə Şurasının iclasında Misirin keçmiş turizm və qədim abidələr naziri Xalid Əl-Ənaninin lehinə 55 səs verilib. Digər namizəd isə Konqo Respublikasından olan 69 yaşlı Eduard Firmena Matoko olub. ABŞ səsvermədə iştirak etməyib.
Qərar noyabrda təsdiq olunmaq üçün UNESCO-nun 194 üzv dövlətinə təqdim olunacaq.