Ukraynada deputat və köməkçisi həbs olunub

Ukrayna "Xalqın xidmətçisi" partiyasından deputat Lyüdmila Marçenko və köməkçisi həbs olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, deputat rüşvət üstündə saxlanılıb.

Marçenko Ternopoldakı evində 3 min dollar rüşvət alarkən saxlanılıb.

Onun köməkçisi pul müqabilində hərbi çağırışçıların xaricə getməsinə icazə üçün lazım olan sənədlərin maxinasiyası ilə məşğul olurmuş.

Digər xəbərlər