Ukrayna Prezidenti Polşaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Polşaya səfər edib.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

Onun sözlərinə görə, V.Zelenski Auşvitsin azad olunmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Ukrayna liderinin səfər proqramına həmçinin ikitərəfli görüşlər, xüsusilə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Fransa Prezidenti Emmanuel Makronla görüşlər daxildir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10