Баку. 7 декабря. REPORT.AZ/ Ukrayna Ali Radasıdekabrın 8-də ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinimüzakirə edəcək.
Report-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu “Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk bildirib.
Qeyd edək ki, Ali Rada deputatları Ukraynanın MDB-dən çıxmasına dair qərar layihəsini hələ noyabrın 27-də hazırlayıblar.
MDB məsələləri üzrə altkomitənin artıq Ali Radada fəaliyyət göstərməyəcəyi də bildirilir.